BAKI, 15 okyabr. TELEQRAF

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin balansındakı xəstəxanalardan birində 3 600 kvadratmetr ərazidə böyük reabilitasiya mərkəzinin açılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini Araz Nəsirov bu gün Bakıda keçirilən II "Azərbaycan Sağlamlıq Turizmi Konfransı"nda bildirib.

"Bu, bir çox robotil müdaxilələrin olduğu reabilitasiya mərkəzidir", - deyə o qeyd edib.