BAKI, 14 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 3 milyon 104,9 min nəfər sərnişin daşınıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 8 faiz azalaraq 289,1 min ton olub.