BAKI, 14 oktyabr. TELEQRAF
“Zabrat Maşınqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalının azaldır.
Teleqraf xəbər verir ki, zavodun nizamnamə kapitalı 1 milyon 775 min 139 manat azaldılaraq dəqiqləşdirilmiş nizamnamə kapitalı 5 milyon 325 min 417 manat həcmində müəyyən edilib.
Qeyd edək ki, “Azneftkimyamaş” ASC-nin tabeliyində olan “Zabrat Maşınqayırma zavodu”nun 76813.6 manat vergi borcu var.
Uzun müddətdir maliyyə problemlərini həll etməyə çalışan ASC bu ilin aprelində səhmlərinin 15 %-nin əmək kollektivinə güzəştli satışını aparıb.
Məlumatlara görə, zavod uzun müddətdir tam fəaliyyət göstərmir. Ərazisini tikinti materialları sexlərinə icarəyə verib.
Xatırladaq ki, "Zabrat Maşınqayırma Zavodu" 2004-cü ilin I rübündə 1 milyard 229,5 milyon manatlıq məhsul buraxıb. 1 milyard 178,9 milyon manat dəyərində avadanlıq ixrac edib. Bu, zavodun fəaliyyəti ilə bağlı yeganə rəsmi xəbərdir.