BAKI, 7 oktyabr. TELEQRAF

Oktyabr ayının 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 min 613 vahid artaraq 1 milyon 868 min 528-ə çatıb.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib və 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb.

Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.