BAKI, 6 oktyabr. TELEQRAF

Oktyabrın 1-nə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 56,9 min təşkil edib.

Dövlət vergi Xidmətindən Teleqraf-a verilən məluamata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb.

Həmin tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,8 faiz artaraq 837,8 min olub. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 5,1 faiz artıb və 228,5 min təşkil edib.