BAKI, 4 oktyabr. TELEQRAF

Bu ilin yanvar- iyun ayları ərzində investisiya şirkətlərinin müştəri aktivləri 23% və yaxud 450 milyon manat artaraq 2,4 milyard manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda məlumat verilib.

Məlumata görə, müştəri aktivlərinin artımında əsas rol xarici bazarda broker xidmətlərinə aid olub.

Qeyd edək ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 31% və yaxud 513 milyon manat artaraq 2,1 milyard manat səviyyəsinə yüksəlib.