BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ-nin “Goldman Sachs” investisiya bankı xüsusi investorların marağını əsas gətirərək qızılın qiymətinin bankın öz proqnozlarından da yüksək səviyyəyə qalxa biləcəyini açıqlayıb

Teleqraf xəbər verir ki, uzun müddətdir qızıl barədə optimist mövqedə olan bankın analitikləri qızıla bağlı birja investisiya fondlarına (ETF) yönələn gözlənilməz dərəcədə güclü vəsait axınının əvvəlki modelləri üstələdiyini qeyd edib.

Bildirilib ki, xüsusi investorların portfellərində qızıla daha çox yer ayırılması nəticəsində qiymətlər bankın 2026-cı ilin ortaları üçün 4000, gələn ilin sonu üçün isə 4300 dollar olacağı yönündə proqnozlarından yüksək ola bilər.

Bankın bir ay əvvəl açıqladığı hesabatda bildirilmişdi ki, təkcə ABŞ xəzinə istiqrazlarının xüsusi investorların əlində olan hissəsinin 1 faizi qızıla yönəlsə, qiymət 5000 dollara yaxınlaşa bilər.