BAKI,1 oktyabr. TELEQRAF
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 979:2025 (ГОСТ Р 71116-2023) “Qiymətli daşlar. Terminlər və təriflər”, habelə AZS ISO 15096:2025 “Zərgərlik məmulatları və qiymətli metallar - Yüksək saflıqlı gümüşün təyini - ICP-OES üsulundan istifadə olunmaqla fərqlər üsulu” yeni dövlət standartları qəbul edilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, yeni standartların tətbiqi ölkəmizdə zərgərlik və qiymətli daşlar sahəsində beynəlxalq tələblərə uyğunluğun təmin olunmasına, dəqiq analiz və keyfiyyətə nəzarət imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, sözügedən dövlət standartları qanunvericiliyə uyğun olaraq “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) qəbul edilib, AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.