BAKI, 29 sentyabr. TELEQRAF

Bu il sentyabrın 1-nə Azərbaycanda bankların cəmi aktivləri 55 milyard 672,4 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank-ın "Statistik Bülleten" ində məlumat verilib.

Məlumata görə, bank sektorunun cəmi öhdəlikləri 48 milyard 595,3 milyon manat olub.

Hesabat dövründə bankların balans kapitalı isə 7 milyard 77,1 milyon manat səviyyəsində qeydə alınıb.