BAKI, 27 sentyabr. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0.56% azalaraq 3.1770 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility” (TTF) virtual platformasında qazın meqavat-saatının dəyəri 0.41% artaraq 32.59 avro təşkil edib.