MİNGƏÇEVİR, 26 sentyabr. TELEQRAF
Gəncə-Mingəçevir-Ağstafa marşrutu istifadəyə verilməzdən əvvəl dəmir yollarının Mingəçevir sahəsində yenidənqurma işləri həyata keçirilib. Mingəçevir şəhər stansiyasının binası əsaslı təmir edilib.
Teleqraf-ın Mingəçevirə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, bu marşrutun açılışı dəmir yolları üçün əlamətdar hadisədir: "İlk dəfədir ki, Bakıdan kənarda – regionlararası müasir qatarla səfərlərə başlayırıq. Müasir, komfortlu elektrik qatarları Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərəcək".