BAKI,25 sentyabr. TELEQRAF
Azərbaycanda 154/110/10 kV-luq “Babək” Yarımstansiyasının yenidən qurulması işləri həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərə 24 milyon 83 min 286 manat vəsait xərclənəcək.
Yenidənqurma işləri “Electro Industries” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən icra olunacaq. Nizamnamə kapitalı 2 000 manat olan şirkətin qanuni təmsilçisi Qurbanov Emin Telman oğludur.
Qeyd edək ki, sözügedən işlərə nəzarət “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən aparılacaq.