BAKI, 25 sentyabr. TELEQRAF
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan Respublikası vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "IPhone 17", 4 ədəd "IPhone 16", 15 ədəd "apple" markalı qələm, 8 ədəd "Apple" markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər", - Komitədən bildirilib.