BAKI, 25 sentyabr. TELEQRAF
Metronun “B-4” stansiyası “Bənövşəyi” xəttin “8 Noyabr” stansiyasından sonrakı stansiyası olacaq.
Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq “Bənövşəyi xətt” üzrə daha 5 stansiya inşa olunmalıdır və həmin 5 stansiyadan biri, məsələn, “B-4” stansiyasından sonrakı “B-5” stansiuası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. İndi isə bu stansiyaların ərazilərinin müəyyənləşdiemə işləri aparılır. Həmin stansiyadan birbaşa Nizami stansiyasına keçid olacaq
"Nizami" stansiyasından sonra "Sahil" stansiyasının yaxınlığında da yeni stansiya inşa olunacaq və həmin stansiyadan "Qırmızı xətt"ə keçid mümkün olacaq:
"Avtovağzaldan hərəkətə başlayan sərnişin həmin stansiyadan "Sahil" stansiyasına keçməklə "Həzi Aslanov" stansiyasına qədər başqa nəqliyyata minmədən yoluna davam edə biləcək.