BAKI, 25 sentyabr. TELEQRAF

"Bakmil" stansiyasının infrastrukturunun dəyişikliyi, müasirləşməsi və optimizasiyası ilə bağlı dövlət proqramında heç bir iş nəzərdə tutulmayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib:

"Amma bütün mövcud stansiyaların yenilənməsi, modern texnologiyadan istifadə olunması istiqamətində "Bakı Metropoliteni" QSC tərəfindən işlər aparılır".