BAKI, 24 sentyabr. TELEQRAF

"Rəsmi statistikanın istehsal prosesi yenidən təşkil edilməlidir".

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Statistika Şöbəsinin Direktoru Tina Luige Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.

O qeyd edib ki, məlumatların toplanması, işlənməsi, yayımı və digər mərhələlərlə məşğul olan bölmələr mövzudan asılı olmayaraq fəaliyyət göstərməlidirlər:

“Rəsmi statistikanın hazırlanma üsulu dəyişir. Artıq bu siyahıyaalma və sorğulara əsaslanmır. MDB ölkələrində getdikcə daha çox inzibati reyestrlərdən istifadə olunduğunu görürük və bu, ali prioritet hesab olunur. Bəzi növ böyük məlumatlar üzrə artıq işlənmiş metodlar mövcuddur və bir çox ölkələr onlardan istifadə edir. Məsələn, mobil operatorların məlumatları, kassa aparatları, skanerlərin məlumatları, “ağıllı” sayğaclar və s".