BAKI, 24 sentyabr. TELEQRAF

"Müasir milli statistika sistemi bir sıra çağırışlarla üzləşir ki, bunlara cavab verilməsi islahatların aparılmasını tələb edir".

Teleqraf xəbər veri ki, bu barədə Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini Vahab Məmmədov Bakıda keçirilən 3-cü Beynəlxalq Statistika Forumunda qeyd edib.

O çağırışlara missal olaraq statistik məlumatların istehsalı prosesinin standartlaşdırılması, yeni məlumat mənbələri və texnologiyaların istifadəsi, rəqəmsallaşma və innovasiyalar, iqtisadiyyatın yeni sahələrinin nəzərə alınması, beynəlxalq müqayisəlilik və standartlaşdırma, kadr potensialının gücləndirilməsi, kommunikasiya və ictimai etimadı göstərib.

“Aparılan islahatlar bir sıra mühüm nəticələrin əldə olunmasına imkan verib. Ümumi keyfiyyət idarəetmə sistemi tətbiq olunub ki, bu da statistik məlumatların etibarlılıq və şəffaflığını artırmağa imkan verib. 2018–2025-ci illər üçün rəsmi statistikanın inkişafına dair dövlət proqramı çərçivəsində Dövlət Statistika Komitəsinin statistik bazaları “Elektron hökumət” sistemi vasitəsilə məlumat bazalarına inteqrasiya olunub ki, bu da hesabat formalarının sayını azaltmağa və respondentlərə olan yükü yüngülləşdirməyə şərait yaradıb”.