BAKI, 23 sentyabr. TELEQRAF

Sabahdan Bakıda 340 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

AYNA-dan Teleqraf-a verilən məlumata görə, yeni marşrut xətti Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək.

“ÇinarTrans” MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 AZN təşkil edir. Avtobuslarda ödəniş nağdsız qaydadadır.