BAKI, 23 sentyabr. TELEQRAF

"Bu gün gördüklərimiz əslində həyata keçirilən işlərin bəlkə də cəmi 10%-dir".

Teleqraf xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

O qeyd edib ki, Qarabağın yenidən qurulması məqsədilə hazırlanan yol xəritəsi beş mərhələdən ibarətdir.

"Birinci mərhələ planlaşdırma, ikinci mərhələ minalardan təmizləmə idi. Ərazilər minalardan təmizləndikcə, infrastrukturun qurulmasına başlandı. Və Böyük Qayıdışa start verildi. Proses davam edir, amma artıq təxminən 50 min insanın azad olunmuş ərazilərdə yaşadığını və işlədiyini söyləyə bilərik".