BAKI, 19 sentyabr. TELEQRAF
Cari ilin ilk 8 ayı ərzində Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, həmçinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına və plandankənar yoxlamalara əsasən, ümumilikdə 85 nəzarət obyektində nəzarət tədbirləri həyata keçirilib.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, aparılmış yoxlamalar nəticəsində 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Qeyd edək ki, həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.