BAKI, 17 sentyabr. TELEQRAF
Ötən il ərzində Azərbaycanda aktiv vergi ödəyicilərinin ümumi sayı 806.916 nəfər təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024 -cü il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, aktiv vergi ödəyicilərinin 17,3 faizini (139.590 nəfər) hüquqi şəxslər, 82,7 faizini isə (667.326 nəfər) fiziki şəxslər təşkil edib.
Qeyd edək ki, iqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2024-cü il ərzində aktiv vergi ödəyicilərinin sayı 5,9 faiz, 2018-ci illə müqayisədə isə 82,6 faiz artıb.