BAKI, 16 sentyabr. TELEQRAF

Bakı şəhərində keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması nəticəsində 17-18 sentyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında yerləşən “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, “Nağd pul ofisi” növbəti həftədən qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul ofisi” Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.