BAKI, 16 sentyabr. TELEQRAF

Son bir ildə paytaxtın avtobus parkında elektriklə və sıxılmış təbii qazla (CNG) işləyən nəqliyyat vasitələrinin sayında əhəmiyyətli artım qeydə alınıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, 2024-cü ilin avqust ayında 30 elektrik avtobusu və 1115 CNG avtobusu fəaliyyət göstərirdisə, 2025-ci ilin avqustunda bu göstəricilər müvafiq olaraq 166 və 1337-yə yüksəlib.

Bununla yanaşı, dizel mühərrikli avtobusların sayı da ötən ilki göstərici - 3713-dən bu il 3731-ə qədər artıb.