BAKI, 15 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 381 milyon 385.74 min ABŞ dollar dəyərində 74 481 ədəd avtomobil idxal edib.
Teleqraf Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz artıb.
Ölkəyə gətirilən avtomobillərin 68 295 ədədi minik avtomobilləri olub. Bundan 1 412 ədədi yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə ölkəyə 58 939 ədəd avtomobil idxal olunmuşdu.