BAKI, 12 sentyabr. TELEQRAF
Azərbaycan Dəmir Yolları QSC (ADY) tərəfindən Abşeron dairəvi dəmir yolu xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi istiqamətində işlər davam etdirilir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-a verilən məlumata görə, bu çərçivədə, Bakı–Keşlə sahəsində yerləşən və “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb.
Təmir prossesi zamanı hidroizolyasiya işləri aparılıb, drenaj boruları quraşdırılıb, mühafizə qatı yenilənib, avtomobil yolunun asfalt örtüyü təzələnib, yeni bordürlər quraşdırılıb.
Görülən bu tədbirlər nəticəsində infrastrukturun dayanıqlılığı daha da möhkəmləndirilib.