BAKI, 5 sentyabr. TELEQRAF

Sentyabrın 1-nə aktiv ƏDV ödəyicilərinin sayı 56,2 min təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 6,4 faiz artıb.

Aktiv vergi ödəyicilərinin sayı 3 faiz artaraq 831 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,9 faiz artaraq 228,2 min olub.