BAKI, 4 sentyabr. TELEQRAF

Bakı metrosu avqust ayı ərzində 15 milyondan çox sərnişinə xidmət göstərib.

"Bakı Metropoliteni "QSC- dən Teleqraf-a verilən məlumata görə, ayın ən çox sərnişin daşınan günü 27 avqust olub.

Həmin gün metro 574 249 nəfər sərnişinə xidmət göstərib. Ayın ən sakit günü isə 3 avqust qeydə alınıb və həmin gün metrodan 334 073 sərnişin istifadə edib.

Qeyd edək ki, ötən ay ən çox sərnişin “Koroğlu” stansiyasından (1 487 517 nəfər) istifadə edib, ikinci yerdə “20 Yanvar” (1 230 711 nəfər), üçüncü yerdə isə “28 May” stansiyası (1 216 263 nəfər) qərarlaşıb.