BAKI, 3 sentyabr. TELEQRAF

Xəzər rayonun Mərdəkan qəsəbəsində 9 otaqlı həyət evi 2 900 000 manata satışa çıxarılıb.

Teleqraf xəbər verir ki¸ ümumi sahəsi 990 kvadratmetr olan ev 26 sot torpaq sahəsində inşa edilib. Evin bir kvadratmetrinə düşən dəyəri isə 2 929 manat təşkil edir.

Evin daxilində qonaq otağı, mətbəx, yataq otaqları, sanitar qovşaqlar, sauna mövcuddur.

Villanın həyətyanı sahəsi dekortaiv ağaclarla və işıqlandırma sistmeləri ilə təchiz olunub. Əlavə olaraq, həyətdə hovuz, futbol meydançası, qaraj, həmçinin, barbekü və açıq oturacaq zonaları təşkil edilib.