BAKI, 2 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsi üzrə büdcə daxilolmaları 4 milyard 160,6 milyon manat təşkil edib.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxilolmalar proqnozdan 1,9 faiz az icra olunub.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 424,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 24,4 faiz az icra olunub.