BAKI, 2 sentyabr. TELEQRAF
Bu ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə bu 8 aylıq proqnozu 698,7 milyon manat və ya 2,7% üstələyib.
Cari ilin yanvar-avqust aylarında xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib. Gəlirlərdə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 561,1 milyon manat təşkil edərək proqnozdan 592,1 milyon manat və ya 5,4 %, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 30,3 milyon manat təşkil edərək proqnozdan 7,2 milyon manat və ya 31%, sair daxilolmalar 528,7 milyon manat təşkil edərək proqnozdan 317,5 milyon manat və ya 2,5 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 9 milyard 654 milyon manat təşkil edərək proqnoza qarşı 100% icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 160,6 milyon manat təşkil edərək proqnoza qarşı 98,1%, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 424,7 milyon manat təşkil edərək proqnoza qarşı 75,6% icra olunub.
Dövlət büdcəsinin xərcləri isə bu ilin 8 ayı ərzində 23 milyard 725,9 milyon manat proqnoza qarşı 22 milyard 308 milyon manat məbləğində icra edilib ki, bu da 94% təşkil edir.