BAKI, 22 avqust. TELEQRAF

Ağdam Sənaye Parkında indiyədək 285 milyon manatdan çox investisiya portfelinə malik 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən Teleqraf-a verilən məlumata görə, rezidentlərin sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən artıq 138 milyon manata yaxın investisiya qoyulub.

Parkda görülən işlər nəticəsində 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin olunanların böyük əksəriyyəti isə Ağdam və ətraf rayonların sakinləridir.

Sənaye Parkında fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun da təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib.