BAKI, 22 avqust. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC-nin Müşahidə Şurasında dəyişiklik edilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) Şurasına icraçı direktor Şahin Babayev, onun müavini Vüqar Mirzəzadə və "AZCON Holding"in baş maliyyə inzibatçısı Taylan Tekeli üzv kimi təyin ediliblər.