BAKI, 21 avqust. TELEQRAF

"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi kanalizasiya sistemləri üçün dalğıc və vertikal tipli nasos aqreqatlarının alınmasına ümumilikdə 5 milyon 941 min 774 manat vəsait xərcləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, qurum bu məqsədlə iki tender elan edib və hazırda podratçı şirkət axtarışındadır.

Hər iki tender üzrə təkliflərin təqdim olunması üçün son tarix sentyabrın 18-dir. Həmin gün tender zərflərinin açılması da nəzərdə tutulur.