TBİLİSİ, 20 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan ümumi dəyəri 142,5 milyon ABŞ dolları olan 5 079 ədəd minik avtomobili idxal edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.

İllik müqayisədə nəqliyyat vasitələrinin sayı 2 796 ədəd və yaxud 35,5% azalıb.

Qeyd olunan dövrdə Gürcüstandan ümumilikdə 1,47 milyard ABŞ dolları dəyərində 60 442 ədəd minik avtomobili ixrac olunub. Qonşu ölkənin təkrar avtomobil ixracının 8,4%-i Azərbaycanın payına düşüb.