BAKI, 19 avqust. TELEQRAF

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə yarım qalmış işləri davam etdirəcək.

Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və 9 milyon 107 min 660 manat vəsait xərcləməyi planlaşdırır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 17-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.