BAKI, 15 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,3 faiz artaraq 8 milyard 75,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumat görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 74,3 milyon manatlıq xidmət göstərilib.

Bu, xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib.