BAKI, 13 avqust. TELEQRAF

"Ağdaş Quşçuluq", "Cəlilabad Şərab" və "Şıxlar Broyler"in səhmləri satışa çıxarılır.

Bu barədə Teleqraf-a Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sifarişlər Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.
Pul hərracı 2025-ci il sentyabr ayının 23-də saat 09:30-da Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərraca "Ağdaş Quşçuluq"un bir səhminin nominal dəyəri 2 manat, "Cəlilabad Şərab"ın 4 manat, "Şıxlar Broyler"in 2 manat təşkil edir.