BAKI, 12 avqust. TELEQRAF

"Aqrar Xidmətlər Agentliyi" "Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi" üçün peyvəndlər alacaq.

Teleqraf xəbər verir ki, agentlik Qarayara, Çiçək və infeksion Nodulyar Dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin alınmasına 3 milyon 185 min 61 manat vəsait xərcləməyi planlaşdırır.

Müvafiq işlər üzrə tender elan edilib və podratçı axtarırlır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi sentyabrın 10-dur. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.