BAKI, 12 avqust.TELEQRAF

Bu ilin yanvar–iyul aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan ticarət dövriyyəsi 274 milyon manatdan çox olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz artım deməkdir.