BAKI, 11 avqust. TELEQRAF
Qazax Rayonu İcra Hakimiyyəti şəhərin yollarının əsaslı təmir etdirir.
Teleqraf xəbər verir ki, qurum bununla bağlı "Azərtranss" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 674 min 949 manat dəyərində müqavilə imzalayıb.
Müqaviləyə əsasən təmir işləri şəhərin Bakı və Əliağa Şxlinski adlı küçələrində aparılacaq.
Qeyd edək ki, müvafiq işlər üzrə elan edilmiş tenderin ilkin qiyməti 738 464 manat təşkil edib. Təmirə bu ayın 8-dən başlanılıb, il sonuna qədər isə bitməyi nəzərdə tutulur