BAKI, 6 avqust. TELEQRAF
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artaraq 55,8 min olub.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə 2025-ci il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 823,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4,3 faiz artaraq 226,8 min olub.
Həmin tarixə uçotda olan yeni nəsil nəzarət-kassa aparatlarının sayı 111,8 min, qeydiyyatda olan POS-terminalların sayı 140,7 min təşkil edib.