BAKI, 4 avqust. TELEQRAF

2024-cü ildə “AzerGold” QSC-nin və onun törəmə cəmiyyətlərinin satış gəlirləri 47.33 milyon ABŞ dolları və ya 35% artaraq 182.69 milyon ABŞ dolları səviyyəsinə yüksəlib.

Teleqraf xəbər verir ki, bu barədə QSC-nin və onun törəmə şirkətləri- “Daşkəsən Dəmir Filiz” və “AzerBlast” MMC-lərin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarında qeyd edilib.

Gəlirlərin artımına əsas təsir edən amillər qızıl satışının fiziki həcminin 9% artması və satış qiymətlərinin orta hesabla 29% yüksəlməsi olub. Hesabat ilində satış həcmi 70.5 min unsiya qızıl və 97.5 min unsiya gümüş təşkil edib.