BAKI, 4 avqust. TELEQRAF

Xəzər Dəniz Gəmiçiliyi (ASCO) ikinci rübdə 50 min tondan artıq tullantını utilizasiya edib.

Qurumdan Teleqraf-a verilən məlumata görə 2025-ci ilin aprel-iyun aylarında ASCO gəmilərindən 44 kubmetr plastmas, 213.8 kubmetr qida qalığı, 287.3 kubmetr məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 20.7 kubmetr istismar tullantısı, 97.2 kubmetr neft qalığı (şlam), 1632.89 kubmetr döşəməaltı lyal su və 48 528 kubmetr məişət təsərrüfat çirkab su toplanaraq aidiyyəti üzrə utilizasiya olunub.

Sahil obyektləri üzrə isə 7.58 ton yanmış qəlib qumu, 777.4 ton abraziv tullantı (gəmi gövdəsindən çıxan pas, boya, çınqıl və qum qarışığı), 41 895 ton məişət çirkab suyu, 771.9 ton neftli döşəməaltı-lyal su, 108.2 ton sürtgü yağı, 2234.68 kubmetr məişət tullantısı, 360.64 kubmetr qida qalığı, 148.5 kubmetr polimer əsaslı və plastmas tullantı, 24.85 kubmetr yağlı və neftli tullantı, 81.38 kubmetr rezin tullantı, 132.3 kubmetr istismar tullantısı və 0.006 kubmetr tibbi tullantı toplanaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə ümumilikdə 0.43 ton kağız, 0.52 ton plastmas, 14.9 ton qara metal və 5.4 ton əlvan metal təkrar emala göndərilib.