BAKI, 1 avqust. TELEQRAF
“Poçt və ekspres daşımalar” gömrük postunda sahibkarlarla növbəti görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə “Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Tədbirin əsas məqsədi biznes subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də gömrük sistemində tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması olub.
Görüş zamanı iştirakçılara “Xüsusi gömrük prosedurları və onun tətbiqi qaydaları” mövzusunda ətraflı məlumat verilib. Biznes nümayəndələri ilə açıq müzakirələr aparılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi keçirilib, həmçinin təklif və rəyləri dinlənilərək müvafiq cavablar verilib.