BAKI, 29 iyul. TELEQRAF
Bu ilin 1-ci yarısında həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində Hesablama Palatası 65,0 milyon manat məbləğində maliyyə pozuntusu aşkar edib.
Teleqraf palatanın maliyyə hesabatına istinadən xəbər verir ki, həmin tədbirlər çərçivəsində dövlət büdcəsinə dəymiş zərərin 17,8 milyon manat olduğu müəyyənləşdirilib.