BAKI, 22 iyul. TELEQRAF

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi xəstəxana idarəetmə sisteminin dəstəklənməsi, laboratoriya modulunun inkişafı və dəstəyi, eləcə də PACS radiologiya sisteminin dəstəklənməsi üzrə yeni tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin qalibi Türkiyənin “Prestij Bilgi Sistemləri Arge Yazılım İnşaat Mobilya Sanayi və Ticarət A.Ş.” şirkəti olub.

Layihənin ümumi dəyəri 222 min 888 manat təşkil edir.

Qeyd edək ki, işlərə iyulun 15 -də start verilib və layihənin 15 iyul 2026-cı il tarixində yekunlaşdırılması planlaşdırılır.