BAKI, 21 iyul. TELEQRAF

Karbamid zavodunun istehsal gücü illik 650-660 min tondur.

Teleqraf-ın “SOCAR karbamid” zavoduna ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev deyib.

2024-cü ildə istehsalımız 652 minin üzərində idi. Biz bu il bu rəqəmin də üzərinə çıxmağı hədəfləmişik.