BAKI, 17 iyul. TELEQRAF

Bu ilin iyunda Türkiyədə əcnəbilərə, ümumilikdə, 1 565 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 71 daşınmaz əmlak alıblar. Bu, may ayı ilə müqayisədə 5,3 faiz azalıb.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, mayda Türkiyənin xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 8,7 faiz artıb. Yanvar-iyun ayları ərzində isə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalaraq 9 354 təşkil edib.

Mayda ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (326). İkinci yerdə Ukrayna vətəndaşları yer alır. Ukraynalılar Türkiyədən 111 ev alıblar. İran vətəndaşları isə ötən ay 109 mənzil alaraq siyahıda üçüncü yerdə qərarlaşıblar.

Xatırladaq ki, mayda azərbaycanlılar Türkiyədən 75 mənzil alıblar. 2024-cü ildə isə ümumilikdə 866 mənzil alınıb.