BAKI, 9 iyul. TELEQRAF
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdərə və Xocalı rayonları, eləcə də digər işğaldan azad edilmiş ərazilərdə cari təmiri işləri ilə bağlı iki ay ərzində dəyəri 66 milyon 38 min 142 manat olan bir neçə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, qurum Ağdərənin Aşağı Oratağ kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı "Ulduz Park" MMC ilə 5 milyon 645 min 169 manatlıq, Vəngli kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “Bəyaz İnşaat” MMC ilə 2 milyon 885 min 632 manatlıq və “İNVESTAZ” MMC ilə isə 3 milyon 107 min 768 manatlıq müqavilələr imzalayıb.
Eyni zamanda "Təməl Tikinti” MMC ilə Kolatağ kəndində yaşayış evlərinin cari təmiri işləri bağlı 1 milyon 890 min 50 manatlıq, Dəmirli kəndində bir sıra yaşayış evlərinin cari təmiri işləri ilə bağlı 817 min 128 manatlıq müqavilələr imzalayıb.
Xidmət Xocalı rayonunun Seyidbəyli kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “İnşaat Plus” MMC ilə 2 milyon 380 min 174 manatlıq, Şuşakənd kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “AKA” Şirkəti ilə 4 milyon 395 min 682 manatlıq, Daşbulaq kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “Paramount Construction” MMC ilə 3 milyon 447 min 296 manatlıq, Badara kəndində yaşayış evinin cari təmiri işləri ilə bağlı “İnşaatçı-Neftçi” MMC ilə 6 milyon 963 min 96 manatlıq, Xanabad kəndində yaşayış evlərinin cari təmiri işləri ilə bağlı isə “Aqroman” MMC ilə 5 milyon 841 min 401 manatlıq müqavilələr imzalayıb.
Qeyd edək ki, Ağdərə ilə bağlı müqavilələrin cəmi dəyəri 14 milyon 345 min 748 manat, Xocalı ilə bağlı müqavilələrin cəmi dəyəri isə 23 milyon 27 min 649 manatdır.
Müqavilələrlə bağlı işlərə iyulun 8-də başlanılıb, 2026-cı il yanvarın 8-də isə tamamlanması nəzərdə tutulur.
Əlavə olaraq bildirək ki, qurum ötən ay Xankəndi şəhərində 5 mərtəbəli inzibati binanın cari təmiri işləri ilə bağlı “Harmony Construction and Engineering Group” MMC ilə 529 min 340 manatlıq, icraiyyə komitəsi binasında bütövlükdə A blokunun söküntü işləri ilə bağlı “Azekon Construction” MMC ilə 1 milyon 410 min 632 manatlıq müqavilələr imzalayıb.
Xocalı rayonunun Xanyurdu kəndində fərdi yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “Geno Group” MMC ilə 5 milyon 731 in 612 manatlıq, Təzəbinə kəndində 152 fərdi yaşayış evlərinin cari təmiri işləri ilə bağlı 8 milyon 783 min 934 manatlıq, Ballıca kəndində 47 fərdi yaşayış evlərinin cari təmiri işləri ilə bağlı “BƏRPA-AS” MMC ilə 2 milyon 676 min 685 manatlıq, 63 fərdi yaşayış evinin cari təmiri işləri ilə bağlı isə “Şinkar Holding” MMC ilə 3 milyon 312 min 708 manatlıq müqavilələr imzalanıb.
Eyni zamanda, Ağdərə şəhərində yerləşən 3 ədəd yaşayış binasının cari təmiri işləri ilə bağlı “Frekans Construction And Energy Company” MMC ilə 872 min 492 manatlıq, Ağdərə rayonunun Həsənriz kəndində 98 fərdi yaşayış evinin cari təmiri işləri ilə bağlı isə “AEF Group” MMC ilə 5 milyon 347 min 341 manatlıq müqavilələr imzalanıb.
Bu müqavilələrin cəmi dəyəri isə 28 milyon 664 min 745 manat olub. Qurum ümumilikdə iki ay ərzində işğaldan azad edilmiş ərazilərdə cari təmir işləri ilə bağlı 66 milyon 38 min 142 manatlıq müqavilələr imzalayıb.