BAKI, 8 iyul. TELEQRAF

May ayında ölkədaxili yükdaşımalarda istifadə olunan yük avtomobillərinin sayı əhəmiyyətli dərəcədə artaraq 35876-ya çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bu göstərici aprel ayı ilə müqayisədə 5,3 faiz, ilin əvvəli ilə müqayisədə isə 20,5 faiz artım deməkdir.